Ətraflı
ACİKANIN FAYDALARI
Acika qırmızı bibərdən hazırlanan və əsasən gürcü mətbəxində istifadə olunan acılı sousdur. Vətəni Meksika olan qırmızı bibərin tərkibi A, E və C vitaminləri ilə zəngindir. Qırmızı bibərin tərkibindəki “fenolin” adlı maddə ürəyin fəaliyyətini tənzimləyir və infarkt riskini azaldır. Bibərə qırmızı rəngi verən “likopen” adlı maddə isə bağırsaqların fəaliyyətini balanslaşdırır, xərçəngə qarşı mübarizə aparır. Acika tərkibinin acılığından asılı olaraq yeməklərdə tomat kimi də istifadə olunur. Bəzən bitki yağı ilə qarışdırılır, lakin bu zaman yeməklərə xoşa gəlməz tam verə bilir. Buna görə sadə üsulla sous kimi istifadəsi daha geniş yayılmışdır.