XARDAL TOZUNUN FAYDALARI
Xardalın faydalı xüsusiyyətləri insanlara hələ qədim zamanlardan məlumdur. Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur. Xardal toxumu özündə müxtəlif efir yağları, E, D, A, B vitaminləri, kalium, sink, dəmir, maqnezium, kalsium kimi mikroelementlər, polidoymamış turşular, fermentlər, qlikozidlər kimi faydalı maddələr ehtiva edir. Xardal iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, maddələr mübadiləsini aktivləşdirir. Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirə malikdir. Həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmləri bədəndən xaric edir. Xardalın qəbulu beyində qan dövaranı stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir. Mədə-bağırsaq sistemində ciddi pozulmaları olan, həmçinin allergiya və vərəmdən əziyyət çəkən insanlara xardaldan istifadə etmək məsləhət görülmür.