DARÇININ FAYDALARI
Darçının faydalı xüsusiyyətləri onu əsl təbii müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, maqnezium, dəmir, kalsium, B qrupu vitaminləri, fol turşusu kimi mikroelementlərlə zəngindir. Darçını təbabətdə "təbii antibiotik" adlandırırlar. Darçın müxtəlif bakteriyalar, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakteriyaların arasında: mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan helikobakter pilori bakteriyaları, bağırsaq çöpü, həmçinin candida göbələkləridir. Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır. Bu ədviyyat mədə-bağırsaq sisteminə də müsbət təsir göstərir - mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir. Orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir göstərir. Darçın sinir sistemini də yaxşılaşdırır, ürəyi sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə etməyə kömək edir. Bunun üçün darçını sadəcə iynəmək kifayətdir.