ÇÖRƏKOTUNUN FAYDALARI
Çörəkotu və ya qara zirə toxumu orqanizm hüceyrələrindəki maddələr mübadiləsini yaxşılaşdırdığına görə, immun sistemin fəaliyyətini gücləndirir. Hüceyrələrin yenilənməsi və inkişafında mühüm rol oynayır. Çörəkotunun tərkibində protein, melatin, saporin, nigelin, tanen, xam lif, karbohidrat, likopen kimi bir çox kimyəvi maddə var. Çörəkotu hormonların mübadiləsinə və inkişafına müsbət təsir edir. Allergiyanın müalicəsində və qarşısının alınmasında çörəkotunun mühüm rolu var. Hüceyrələrin məhv olunmasının qarşısını alır, yenilərinin əmələ gəlməsini sürətləndirir. Çörəkotu qanda xolesterolun miqdarını azaldır, qanın damarlarda normal fəaliyyətini təmin edir, qan laxtalanmasının qarşısını almaqla infarkt riskini azaldır. Orqanizmin xəstəliklərə qarşı müdafiə gücünü bərpa etmək üçün hər gün bir miqdar çörəkotu yemək və ya bir qaşıq yağını içmək kifayətdir. Çörəkotu yağından hər gün 1 qaşıq acqarına içmək mədə və bağırsaqlardakı yaraları sağaldır, xərçəng riskini tamamilə azaldır.