CİRƏNİN FAYDALARI
Cirə qanda şəkərin aşağı səviyyəsinin balansına kömək edir və bu xüsusiyyəti sayəsində daha çox diabet xəstələri üçün olduqca faydalıdır. Cirə təbii bir dəmir mənbəyidir və bu xüsusiyyəti sayəsində anemiyası olan xəstələrə kömək edir. Həmçinin qanazlığından əziyyət çəkən xəstələrin müalicəsində köməkçi maddə olan hemoqlobini artırır və bədənin hüceyrələrə oksigen daşıma vəzifəsini yerinə yetirir. Astma ilə mübarizə aparır, iltihab problemləri və astmaya səbəb olan digər faktorları aradan qaldırır. Xarici maddələr və sərbəst radikallara qarşı təsirli antioksdiant ehtiva etdiyi üçün immun sisteminin xəstəliklərlə mübarizə etməsini təmin edir. Cirənin ehtiva etdiyi antioksdiant kompleksi ümumi mənada sərbəst radikalların varlığına son verərək ağ xərçəngə tutulma riskini azaldır. Xüsusilə cirə otu kolon və sinə xərçənginə tutulma riskini azaldır.