ƏDVİYYATLARIN FAYDALARI
Ədviyyatlar mahiyyətcə dərman bitkiləri hesab olunur. Ədviyyat bitkiləri ilə dərman arasında heçbir sərhəd qoymaq olmaz. Ədviyyatdan qədim dövrlərdən etibarən, xörəklərin tamını yaxşılaşdırmaq və həzm sistemini normaya salmaq məqsədilə istifadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə malik efir yağı saxlayır. Bunlardan sarımsağı, soğanı, mərzəni, kərəvizi, cəfərini, şüyüdü, cirə, sarıkök, zirə və s. misal göstərmək olar. Ədviyyatlar tüpürcək, mədə və öd kisəsi vəzilərinə təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir və bunun nəticəsində qəbul olunan qidaların həzm prosesi yaxşılaşır, orqanizmdə maddələr mübadiləsi düzgün gedir. Lakin bəzi ədviyyatlardan çox ehtiyatlı, cüzi miqdarda istifadə etməyi məsləhət görürlər. Çünki bu ədviyyatların içərisində xəstələrə mənfi təsir göstərən xüsusiyyətlərə də rast gəlmək olur.