Ətraflı
BİTKİ ÇAYLARININ FAYDALARI
Çay xalqımızın ta qədimdən ən çox sevdiyi içki növüdür. Onun insan orqanizmi üçün özünə¬məxsus faydaları vardır. Gündəlik olaraq içdiyimiz qara çayla yanaşı, bitki çaylarının da içilməsi çox vacibdir. Xüsusilə qış aylarında orqanizmdəki vitamin əkiskliyini tamamlamaq, imuniteti gücləndirmək, bədənin xəstəliklərə qarşı müqavimətini artırmaq üçün bitki çaylarının içilməsi həkim-dietoloqlar tərəfindən məsləhət görülür. Lakin həddin artıq qəbul edilən bəzi bitki çayları orqanizm üçün təhlükəli reaksiyalar göstərə bilər. Buna görə də bu cür çayları həkim məsləhəti ilə və normasında qəbul etmək lazımdır.