Ətraflı
BƏHMƏZİN FAYDALARI
Bəhməz müxtəlif çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Bəhməz, el arasında doşab adı ilə də tanınır. Bəhməz təkcə iştaha artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış bəhməzin keyfiyyəti haqqında məlumat almaqla onlardan dərman kimi necə istifadə etmək olar. Bəhməz əslində çox qədimdən bəri məlum olan, amma faydası daha sonralar üzə çıxan müalicəvi effektə malik qidadır. Çox yaxşı antioksidant olan bəhməz, eyni zamanda qanazlığını aradan qaldıran qidaların başında gəlir. Şəfa mənbəyi olan bəhməzin daha təsirli olması üçün bu şəkildə sərf etməyiniz məsləhətdir. Səhər ac qarnına bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı bəhməz töküb üzərinə limon sıxaraq içsəniz, bu qanazlığı və dəmir çatışmazlığına çarə olacaq.