BİTKİ YAĞLARININ FAYDALARI
Bitki mənşəli yağların insan orqanizmi üçün faydası əvəzolunmazdır. Təsadüfi deyil ki, həkimlər gündəlik rasionda, yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər. Bitki yağları həmçinin, bir çox xəstəliklərin müəlicəsində - xolesterini azaltmaq, qan damarların divarlarını yüksək səviyyədə müdafiə etmək, qan laxtalanmasının qarşısını almaq, hipertoniya xəstəliyinin müalicəsində böyük rol oynayır. Ürəyin işemik xəstəliyinin və aterosklerozun inkişafının riskini azaldır, orqanizmdə mübadilə proseslərini normallaşdırır, artıq xolesterini orqanizmdən xaric edir, zərərli xolesterinin səviyyəsini azaldır və bunun sayəsində diabetin, ürək-damar xəstəliklərin, piylənmələrin profilaktikasına zəmanət verir. Bitki yağından istifadə etməzdən əvvəl onun tərkibində hansı vitaminlərin olmasını və hansı faydalı xüsusiyyətlərə malik olduğunu bilmək lazımdır. Belə məlumat sağlamlığınızda olan problemləri daha effektiv həll etməyə imkan yaradacaqdır.