DƏVƏTİKANI YAĞININ FAYDALARI
Dəvətikanı toxumlarından əldə edilən yağ müalicəvi xüsusiyyətlərinə görə çiçək və yarpaqlarından daha çox faydalıdır. Mütəxəssislər soyuq sıxılma yolu ilə əldə edilən dəvətikanı yağını almağı məsləhət görür. Onu şüşə qabda və qapağı örtülü şəkildə saxlamaq lazımdır. Dəvətikanı yağının tərkibinin 62%-ini yarım doymuş omeqa 6 yağı, 21%-ini doymamış omeqa 9 yağı, qalan hissəsini isə stearin, palmit, beqen və araxin yağı təşkil edir. Tərkibində olan kalium, maqnium, marqanes, fosfor, selen, sink, xrom, bor, dəmir, aliminium kimi makro və mikro elementlər onun faydalı olduğunun göstəricisidir. Dəvətikanı yağının tərkibində bioloji aktiv maddələr, tiamin, histamin, efir yağları, silimarin, xlorofill, fitosterol, K və E vitaminləri var. Dəvətikanı yağından istifadə etmək orqanizmin xəstəliklərlə mübarizəsini qüvvətləndirir. Dəvətikanı yağı qaraciyərə müalicəvi təsir edir, hepatit, serroz, qaraciyərin distrofik xəstəlikləri ilə mübarizə aparır. Dəvətikanı yağı spirtli içkilərin orqanizmə verdiyi zərələrin aradan qalxmasına səbəb olur, hüceyrələrin qocalmasını ləngidir, onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Bu yağ ürək fəaliyyətinin yaxşılaşmasına, qanın laxtalanmasının azalmasına, damar divarlarının möhkəmlənməsinə səbəb olur.