Qoz yağının faydaları
QOZ YAĞININ FAYDALARI Qoz yağında B1, B2, B3, E vitaminləri, fosfor, maqnezium, sink, dəmir və kalsium kimi faydalı vitamin və minerallar var. Qoz yağı yeməklərdə istifadə edilir, lakin dadı acı olduğu üçün yeməklərin dadını dəyişə bilər. Ona görə də bir çox insan qoz yağından sadəcə salatlarda istifadə edir. Bu faydalı yağ ürəyi xəstəliklərdən qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bədəndə hormon səviyyəsini nizamlayır. Bu isə demək olar ki, bir çox xəstəlikdən qorunacağınız mənasını verir. Çünki xəstəliklərin çoxu hormonların səviyyəsinin həddindən az və ya çox olmasından qaynaqlanır. Qan dövranını yaxşılaşdıraraq yüksək təzyiq və damar problemlərindən qoruyur. Bu xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi qəbul edilir. Göbələk xəstəliklərinin müalicəsi zamanı da effektlidir. Bunun üçün 1 ədəd soğanı rəndələyərək qoz yağı ilə qarışdırmaq lazımdır. Daha sonra bu qarışımı problemli bölgəyə sürtmək olar. Beyin funksiyalarının inkişafı üçün də qoz yağı əvəzedilməzdir. Düşünmə, öyrənmə və yaddaş funksiyalarının güclənməsi üçün xüsusilə uşaqların və yaşlıların yeməklərinə qoz yağı əlavə etmək məsləhətdir. Qoz yağı sağlamlıqla yanaşı gözəlliyimizin də qayğısına qalır. Belə ki, bu möcüzəvi yağ qırışıqlıqları yox edir. Həftədə 2-3 dəfə qırışların olduğu bölgəyə qoz yağı çəkərək masaj etmək lazımdır.