KOKOS YAĞININ FAYDALARI
Kokos yağı, kokos meyvəsinin lətli hissəsindən əldə edilir. Kokos yağının yüngül qoz yağı ətrinə bənzəyən qoxusu olur. Ondan kosmetik və müalicəvi məqsədlərlə istifadə edilir. Kakos yağının 83%-i laurin, kapron, kapril, olein, kaprin, palmit, miristin, stearin kimi doymamış yağ turşularından ibarətdir. Bu yağ turşuları həzm sistemindəki xəstəliklərin sağalmasına yardım edir, mədə-bağırsaq yaralarının, qastritin sağalmasına səbəb olur. Kokos yağının tərkibində fitonsidlər, xolin, K və E vitaminləri, minerallar, sink, kalsium, dəmir və s. var. Kokos yağının tərkibində olan laurin turşusu güclü komponent olub ən çox ana südünün tərkibində olur. Səhərlər acqarına və yatmazdan əvvəl kokos yağı içmək oqanizmdə immuniteti artırır, həzm sistemini normallaşdırır, insanda xoş əhval ruhiyə yaradır. Kokos yağı ürək-damar fəaliyyətinini yaxşılaşdırır, trombozun, işemik xəstəliklərin, arterial təzyiqin, ateresklerozun əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan E vitamini arteriya divarlarının möhkəmlənməsinə və qanda yığılıb qalan piy cisimciklərinin əriməsinə səbəb olur. Kokos yağı maddələr mübadiləsinin sürətləndirməklə orqanizmin piylənməsinin qarşısını alır.